Əbülfəs Qarayev Viktoriya və Albert Muzeyinin direktoru ilə görüşüb

Əbülfəs Qarayev Viktoriya və Albert Muzeyinin direktoru ilə görüşüb Görüşdə Mədəniyyət və Turizm Nazirliyi ilə muzey arasında Anlaşma Memorandumunun imzalanması müzakirə edilib
Mədəniyyət siyasəti
19 Noyabr , 2015 13:21
Əbülfəs Qarayev Viktoriya və Albert Muzeyinin direktoru ilə görüşüb

Bakı. 19 noyabr. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Londonda Viktoriya və Albert Muzeyinin direktoru Martin Rotla görüş keçirib.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, görüş zamanı Mədəniyyət və Turizm Nazirliyi ilə sözügedən muzey arasında əməkdaşlıq üzrə Anlaşma Memorandumunun imzalanması, muzeydə Azərbaycana aid saxlanılan xalça-toxuma nümunələrinin sərgisinin keçirilməsi, 2017-ci ildə Bakı şəhərində keçiriləcək Azərbaycan xalçasına həsr edilən 5-ci Beynəlxalq Konqresə Viktoriya və Albert Muzeyinin tərəfdaş olması, muzeydə azərbaycanlı muzey mütəxəssisləri üçün treninqlərin təşkil edilməsi barədə müzakirələr aparılıb.

Ə.Qarayev Martin Rotu 2016-cı ilin aprelin 25-dən 27-dək Bakı şəhərində keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək üçün Azərbaycana dəvət edib. 

Son xəbərlər

Orphus sistemi