Dövlət Xidmətinin Qarabağ və Şərqi Zəngəzurda regional idarələri yaradılacaq

Dövlət Xidmətinin Qarabağ və Şərqi Zəngəzurda regional idarələri yaradılacaq "Azad olunmuş ərazilərdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin yaradılması nəzərdə tutulur".
Mədəniyyət siyasəti
28 Dekabr , 2021 12:25
Dövlət Xidmətinin Qarabağ və Şərqi Zəngəzurda regional idarələri yaradılacaq
Anar Kərimov

"Azad olunmuş ərazilərdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin yaradılması nəzərdə tutulur".

"Report" xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında çıxışında deyib.

Onun sözlərinə görə, Dövlət Xidmətinin regional idarələrinin Qarabağ və Şərqi Zəngəzur zonalarında yaradılması planlaşdırılır.

Nazir həmçinin bildirib ki, il ərzində hədəf 9 istiqamət üzrə fəaliyyət planının həyata keçirilməsi olub: "Mədəniyyət sahəsində və idarəetmə sistemində islahatların aparılması istiqamətində 2030-cu ilədək strategiyanın hazırlanması üzərində iş gedir. Bununla bağlı yerli və xarici təcrübə öyrənilir. Bu sənəddə 5 prioritet istiqamət var. Xüsusi olaraq idarəetmə sisteminin daha şəffaf olmasını istərdik".

Son xəbərlər

Orphus sistemi