BMT-nin baş qərargahında Azərbaycanın və Bakıda keçiriləcək 7-ci Qlobal Forumun təqdimatı keçirilib

BMT-nin baş qərargahında Azərbaycanın və Bakıda keçiriləcək 7-ci Qlobal Forumun təqdimatı keçirilib Nyu-Yorkda “İnamın yaradılması: zorakı ekstremizmin qarşısının alınması istiqamətində əlaqələr” mövzusunda iclas keçirilib
Mədəniyyət siyasəti
19 Yanvar , 2016 12:04
BMT-nin baş qərargahında Azərbaycanın və Bakıda keçiriləcək 7-ci Qlobal Forumun təqdimatı keçirilib

Bakı. 19 yanvar. REPORT.AZ/ BMT-nin baş qərargahında BMT Sivilizasiyalar Alyansının əlaqələndiricilərinin “İnamın yaradılması: zorakı ekstremizmin qarşısının alınması istiqamətində əlaqələr” mövzusunda iclası keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, iclasda BMT-yə və Sivilizasiyalar alyansının Dostluq Qrupuna daxil olan ölkələrin rəsmiləri iştirak edib.

Toplantıda 2016-cı il aprelin 25-27-də Bakı şəhərində keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun proqramı, rəsmi internet səhifəsinin dizayni və təşkilatı məsələlər müzakirə edilib.

İclasda çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasser Abduləziz əl-Nassir deyib ki, hazırda ekstermizimin qarşısının alınması və müxtəlif mədəniyyətlərin, dinlərin təmsilçiləri arasında dialoq və sülhün möhkəmləndirilməsi üçün BMT-yə üzv olan ölkələr öz səylərini daha da artırmalıdırlar. O, bu istiqamətdə BMT Sivilizasiyalar Alyansına dəstəyə görə Azərbaycan dövlətinə və Prezident İlham Əliyevə minnətdarlığını bildirib, habelə 7-ci Qlobal Forumun Bakıda ən yüksək səviyyədə təşkil ediləcəyinə əminliyini ifadə edib.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Təşkilat Komitəsinin katibi Vasif Eyvazzadə tədbirdə çıxış edib və foruma hazırlığın vəziyyəti, internet portalından istifadə qaydaları, Azərbaycanın müasir mədəniyyətlərarası proseslərdə rolu barədə iştirakçılara ətraflı məlumat təqdim edib.

Tədbirdə mədəniyyət və turizm naziri, 7-ci Qlobal Forumun Təşkilat Komitəsinin sədri Əbülfəs Qarayevin video müraciəti və Azərbaycan haqqında təqdimat filmi də nümayiş etdirilib. İclasda, həmçinin Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2016-cı ili “Multikulturalizm ili” elan edilməsinin əhəmiyyəti barədə fikirlər səsləndirilib və qeyd edilib ki, bu addım 7-ci Qlobal Forumun əhəmiyyətini daha da artırıb. 

Son xəbərlər

Orphus sistemi