Biləsuvarda Hind toyuğu festivalı başa çatıb.
"Report"un Muğan bürosunun məlumatına görə, Biləsuvar şəhər Mərkəzi Parkında keçirilən festivalda rayon rəhbərliyi, Mill Məclisin deputatı B.Məhərrəmov, tədbirin təşkilatçıları, sakinlər, yerli və xarici qonaqlar, məşhur aşpaz və dequstatorları iştirak edib.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov festivalın rayonda keçirilməsinin artıq üçüncü il olduğunu qeyd edərək bildirib ki, festivalın turizmin inkişafına maraq baxımından böyük əhəmiyyət daşımaqla yanaşı, həm də milli mətbəximizin, adət-ənənələrimizi təbliğinə xidmət göstərir.
Festival zamanı hind toyuğundan hazırlanmış onlarla müxtəlif çeşidli təamlar rayonun sakinlərinə və qonaqlara təqdim olunub.
Tədbirin rəngarəng olması məqsədilə festivalda həmçinin müxtəlif səpkili tədbirlər, idman oyunları keçirilib, yerli kənd məhsullarından ibarət satış yarmarkası təşkil edilib, əl işlərindən ibarət sərgilər və rəsm əsərləri nümayiş olunub. Dadlı təamlar hazırlayan həvəskar aşpazlar münsiflər tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Festival zamanı respublikanın və rayonun musiqiçiləri tərəfindən hazırlanmış geniş konsert proqramı təqdim olunub və tədbirin sonunda möhtəşəm atəşfəşanlıq keçirilib.