BDU-da "Bakıda Vyetnam günləri" layihəsi çərçivəsində musiqili-mədəni proqram keçirilib
- 30 iyul, 2026
- 16:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı Dövlət Universitetində (BDU) "Bakıda Vyetnam günləri" layihəsi çərçivəsində musiqili-mədəni proqram keçirilib.
"Report"un məlumatına görə, tədbirdə Azərbaycan və Vyetnam diplomatları, səfirlik əməkdaşları, universitetin elmi ictimaiyyəti və tələbələr, həmçinin media mənsubları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elçin Babayev Azərbaycan və Vyetnam arasındakı münasubətlərin tarixinə toxunub. Rektor hər iki ölkənin universitetləri arasında müxtəlif mübadilə proqramlarının mümkünlüyünə diqqət çəkib.
"Vyetnamın Səsi" radiosunun keçmiş baş direktoru Nguyen The Ky isə "Bakıda Vyetnam günləri"ni böyük mədəni hadisə hesab etdiyini qeyd edib.
O sözügedən tədbirin Vyetnam və Azərbaycan arasında qurulan strateji tərəfdaşlığın birinci ildönümünü ərəfəsində qeyd olunmasına xüsusi diqqət çəkib.
Çıxışların ardınca tədbir bədii hissə ilə davam etdirilib.