Bakıda Kino Forumu başa çatıb - YENİLƏNİB

Bakıda Kino Forumu başa çatıb - YENİLƏNİB Ümummilli Lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusuna həsr olunmuş Kino Forumunun ikinci gün
Mədəniyyət siyasəti
21 Aprel , 2023 17:03
Bakıda Kino Forumu başa çatıb - YENİLƏNİB

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusuna həsr olunmuş Kino Forumu başa çatıb.

“Report” xəbər verir ki, tədbirdə ölkənin mədəniyyət və ictimaiyyət xadimləri, xarici qonaqlar və media mənsubları iştirak ediblər.

İki gün davam edən forum çərçivəsində Azərbaycan kinosunun bu günü və gələcəyi ilə bağlı təkliflər müzakirə olunub.

Forumda kino sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi zamanı nələrin nəzərə alınmalı olduğu, tamaşaçının yerli filmlərə marağının artırılmasının necə tənzimlənməsi, "Azərbaycanfilm" kinostudiyasının 100 illik tarixi və gələcək perspektivləri, xarici sərmayenin kino sənayesinə cəlb olunması prinsipləri mövzularına toxunulub.

Sonda xatirə fotosu çəkdirilib.

11:56

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusuna həsr olunmuş Kino Forumunun ikinci günü öz işinə başlayıb.

“Report” xəbər verir ki, tədbirdə ölkənin mədəniyyət və ictimaiyyət xadimləri, xarici qonaqlar və media mənsubları iştirak edirlər.

Forum çərçivəsində Azərbaycan kinosunun bu günü və gələcəyi ilə bağlı təkliflər müzakirə olunur.

Qeyd edək ki, forum bu gün "Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri" adlı 3-cü və "Azərbaycan kinosunda beynəlxalq təcrübənin tətbiqi" adlı 4-cü panelləri ilə işini davam etdirəcək. Kino sahəsində normativ- hüquqi bazanın təkmilləşdirilməsi zamanı nələrin nəzərə alınmalı olduğu, tamaşaçının yerli filmlərə marağının artırılmasının necə tənzimlənməsi, "Azərbaycanfilm" kinostudiyasının 100 illik tarixi və gələcək perspektivləri, xarici sərmayenin kino sənayesinə cəlb olunması prinsipləri mövzularına toxunulacaq.

Son xəbərlər

Orphus sistemi