Yuxarı

Bakıda Estoniya xorunun çıxışı olacaq

Konsert Estoniyanın Respublika gününə həsr olunub

Bakı. 22 fevral. REPORT.AZ/ Estoniyanın Respublika kimi elan olunmasının 98 illiyi münasibəti ilə Bakıda Tallinin "Köhnə şəhər" qarışıq xoru və orqan ifaçısı Kristel Aerin konserti keçiriləcək.

Estoniyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, konsert fevralın 25-i saat 19:00-da Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında keçiriləcək.

Konsert zamanı İohan Sebastyan Baxın, Jak Arkadeltin, eləcə də Urmas Sisask, Pyart Uusberq və s. kimi məşhur eston bəstəkarların əsərləri ifa olunacaq.

Konsertə giriş pulsuz olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi