Bakıda Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin Aİ ölkələrinin səfirlikləri ilə birgə təşkil etdiyi “Avropa qəsrləri” adlı fotosərgisinin açılışı olub.
“Report” xəbər verir ki, sərgi “FantazEU 2023” festivalı çərçivəsində baş tutub.
Sərginin açılışında Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko, Aİ ölkələrinin səfirliklərinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
“Bizim üçün bu sərginin keçirilməsi çox rəmzidir. Avropa ölkələrində bir çox tarixi görməli yerlər – qəsrlər qorunub saxlanılıb. Mədəni əməkdaşlıq Azərbaycan ilə Aİ ölkələri arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir”, - P.Mixalko deyib.
Aİ səfiri qeyd edib ki, “FantazEU 2023” festivalı Avropanın mədəni irsini nümayiş etdirən illik ənənəyə çevrilib.
Sərgidə İtaliya, Litva, Latviya, Estoniya, Belçika, Slovakiya, Fransa və digər Avropa ölkələrində yerləşən qədim qəsrlərin fotoşəkilləri təqdim olunur.
Fotosərgi dekabrın 16-dək davam edəcək.