"Babək" filminin ikinci rejissoru: "Çəkilişlər zamanı 3 ay kinostudiyada qaldım"

"Babək" filminin ikinci rejissoru: "Çəkilişlər zamanı 3 ay kinostudiyada qaldım" "Babək" filmi çəkilərkən 3 ay kinostudiyada qaldım".
Mədəniyyət siyasəti
19 Dekabr , 2023 15:26
Babək filminin ikinci rejissoru: Çəkilişlər zamanı 3 ay kinostudiyada qaldım

"Babək" filmi çəkilərkən 3 ay kinostudiyada qaldım".

Bunu "Report"a müsahibəsində "Babək" filminin ikinci rejissoru, tanınmış kinorejissor, Əməkdar mədəniyyət işçisi Akif Rüstəmov deyib.

O bildirib ki, kinoya daxil oldunsa, oradan çıxmaq mümkünsüzdür:

"Kollektivlə, görkəmli şəxsiyyətlərlə işləyəndən sonra oradan çıxmaq mümkün deyil. “Azərbaycanfilm” kinostudiyası hamımız üçün ikinci ev olmuşdu. Həyatımızın böyük bir hissəsini orada keçirmişik. Elə olurdu ki, aylarla kinostudiya qalırdıq. Məsələn, mən "Babək" filmi çəkilərkən 3 ay kinostudiyada qaldım. Həftəsonu evə gedib qayıdırdım".

Rejissorun sözlərinə görə, işin çoxluğundan hətta gecə saat 11-12-də pavilyonlar boşalandan sonra aktyorları qılınc, güləş məşqi üçün çağırırdılar.

"Evim uzaq idi, gedib səhər yenidən qayıtmaq vaxtımı alırdı. Həm də insan o ritmdən çıxmaq istəmirdi. Bu kino belədir ki, başladınsa, gərək 24 saat işləyəsən. Hətta yuxuda da işləyirsən. Başqa cür ola bilməz".

Müsahibəni daha ətraflı bu linkdən oxuya bilərsiniz:

Son xəbərlər

Orphus sistemi