Azərbaycanın tanınmış rejissorunun səhhəti pisləşib

Azərbaycanın tanınmış rejissorunun səhhəti pisləşib O, heç bir quruma ağız açmaq istəmədiyini bildirib
Mədəniyyət siyasəti
15 Yanvar , 2015 12:47
Azərbaycanın tanınmış rejissorunun səhhəti pisləşib

Bakı. 15 yanvar. REPORT.AZ/ Azərbaycanın tanınmış rejissoru Hafiz Fətullayevin səhhəti pisləşib. Rejissor "Report"a açıqlamasında uzun müddətdir xəstə olduğunu bildirib.

Heç yerdən köməyi olmadığını deyən Hafiz Fətullayev heç bir quruma ağız açmaq istəmədiyini də bildirib. Rejissor son vaxtlar xalq artisti Şəfiqə Məmmədovanın onunla maraqlandığını əlavə edib.

Qeyd edək ki, Hafiz Fətullayev 1944-cü ildə Bakıda anadan olub. O zamankı M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb. 1977-1990-cı illərdə Azərbaycan Dövlət Televiziyasında rejissor kimi fəaliyyət göstərib. "Qırmızı qatar", "Müqəddəs oda yanaram" filmlərinin quruluşçu rejissoru olub. "Mücrü" filmində və "Fatehlərin divanı" televiziya tamaşasında aktyor kimi çıxış edib.

Son xəbərlər

Orphus sistemi