Azərbaycanın orta əsrlər tarixinə işıq salan yeni tapıntı: Oğuzda çox sayda qədim qəbir aşkarlanıb - REPORTAJ

Azərbaycanın orta əsrlər tarixinə işıq salan yeni tapıntı: Oğuzda çox sayda qədim qəbir aşkarlanıb - REPORTAJ Oğuz rayonunda çay sahilində erkən orta əsrlərə aid olduğu ehtimal edilən çox sayda qədim qəbir aşkarlanıb.
Mədəniyyət siyasəti
11 İyul , 2024 10:57
Azərbaycanın orta əsrlər tarixinə işıq salan yeni tapıntı: Oğuzda çox sayda qədim qəbir aşkarlanıb - REPORTAJ

Oğuz rayonunda çay sahilində erkən orta əsrlərə aid olduğu ehtimal edilən çox sayda qədim qəbir aşkarlanıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, daş qutu qəbirlər rayonun Xaçmaz kəndində, Qala çayının sol sahilində kənd sakinləri tərəfindən aşkar olunub.

Sakinlərin sözlərinə görə, çayda suyun artması nəticəsində məcranın dəyişməsi həmin qəbirlərin üzə çıxmasına səbəb olub. Ərazidə 10-15 qəbrin olduğu bildirilir. Bəzi qəbirlərin içərisində hələ də insan skeletinin fraqmentləri qalmaqdadır.

Oğuz sakini olan tarix müəllimi Vüsal Əlfiyev "Report"un yerli bürosuna açıqlamasında bildirib ki, aşkarlanan qəbirlər azı 1300 il əvvəlki dövrə aiddir:

“Qəbirlərin baş hissəsi qərbə doğru baxır. 30 il bundan əvvəl də sel suları nəticəsində çoxlu belə qəbirlər üzə çıxmışdı. Ancaq maraqlanan, tədqiq edən olmadı və o qəbirlərin böyük əksəriyyəti sel sularına qarışaraq yoxa çıxdı.

Əgər burada sistemli arxeoloji qazıntılar aparılarsa, inanıram ki, Azərbaycan tarixində yeni bir səhifənin açılması mümkün ola bilər. Qəbirlərin aşkarlandığı bu ərazi qədim Xəzər-Albaniya bölgəsindəki ən böyük keçid hesab olunur. Ona görə də bu tapıntıların tarixi əhəmiyyəti çox böyükdür”.

Son xəbərlər

Orphus sistemi