Azərbaycan və Özbəkistan mədəniyyət nazirləri əməkdaşlıq məsələsini müzakirə edib

Azərbaycan və Özbəkistan mədəniyyət nazirləri əməkdaşlıq məsələsini müzakirə edib Mədəniyyət Nazirliyində Özbəkistan Respublikasının mədəniyyət naziri ilə  görüş keçirilib
Mədəniyyət siyasəti
3 Avqust , 2023 09:14
Azərbaycan və Özbəkistan mədəniyyət nazirləri əməkdaşlıq məsələsini müzakirə edib

Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov Azərbaycanda səfərdədir.

Mədəniyyət Nazirliyindən "Report"a verilən məlumata görə, səfərin məqsədi Azərbaycanda Özbəkistanın Mədəniyyət Günlərində iştirak etməkdir.

Bildirilib ki, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə O.Nazarbekov arasında görüş keçirilib.

Görüşdə iki ölkənin ortaq tarixə, mədəni köklərə, oxşar adət-ənənələrə malik olduğu qeyd edilib, mədəni münasibətlərin günü-gündən daha da dərinləşməsindən, bu istiqamətdə aparılan işlərdən söz açılıb.

Qeyd olunub ki, daim dostluq və qardaşlıq şəraitində yaşayan Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlərin, xüsusilə də mədəni əlaqələrin uğurla inkişaf etməsində dövlət başçılarımızın mehriban münasibəti xüsusi rol oynayır və bu münasibətlər nəticəsində mədəni əlaqələr daha geniş müstəvilərə daşınır.

Son xəbərlər

Orphus sistemi