​Azərbaycan və Bolqarıstan arasında turizm sahəsində əməkdaşlığa dair protokol təsdiqlənib

Mədəniyyət siyasəti
  • 22 may, 2015
  • 15:37
​Azərbaycan və Bolqarıstan arasında turizm sahəsində əməkdaşlığa dair protokol təsdiqlənib

Bakı. 22 may. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Bolqarıstan Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə dair protokolun təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncama əsasən, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Bolqarıstan Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə dair 2015-ci il martın 4-də Sofiya şəhərində imzalanmış protokol təsdiq edilib.

Mədəniyyət və Turizm Nazirliyinə bu sərəncamın birinci hissəsində göstərilən protokolun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə isə protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Bolqarıstan hökumətinə bildiriş göndərmək tapşırılıb.

44 filmi