Azərbaycan Memarlar İttifaqında ilk dəfə Ağsaqqallar Şurası yaradılıb.
"Report" xəbər verir ki, bunu ittifaqın sədri Elbay Qasımzadə deyib.
O hesab edir ki, şuranın böyük vəzifələri olmalıdır.
"Ağsaqqallar Şurası gənclərlə sıx əlaqədə olmalı, biryerdə fəaliyyət göstərməlidirlər. Gənclərin yüksək istedadı olsa da, təcrübələri yoxdur. Burdada ağsaqqalların rolu böyük olacaq", - sədr vurğulayıb.