Azərbaycan Dövlət Uşaq Filarmoniyasının binasının açılışı olub

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının binasının açılışı olub Azərbaycan Dövlət Uşaq Filarmoniyasının binasının əsaslı təmir və yenidənqurmadan sonra açılış mərasimi keçirilib.
Mədəniyyət siyasəti
21 May , 2019 15:48
Azərbaycan Dövlət Uşaq Filarmoniyasının binasının açılışı olub
Report/Elchin Murad

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının binasının əsaslı təmir və yenidənqurmadan sonra açılış mərasimi keçirilib.

“Report” xəbər verir ki, tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev və incəsənət xadimləri iştirak ediblər. 

Nazir çıxışında bunu Azərbaycan mədəniyyətində əlamətdar hadisə olduğunu bildirib: "Nəhayət ki, uzun müddətdən sonra Azərbaycanın vacib bir mədəniyyət müəssisəsinin təmirdən sonra yenidən açılışını təmin etmişik. Uşaq Filarmoniyası 1991-ci ildən fəaliyyət göstərir. Bu mədəniyyət ocağı Azərbaycanı beynəlxalq müsabiqələrdə təmsil edən layiqli sənət adamları yetişdirib. Muğam festivalının qalibləri, Dövlət Rəqs Ansamblının üzvləri, müxtəlif simfonik və xalq çalğı alətləri orkestrlərində fəaliyyət göstərən sənət adamları ilk addımlarını burada atıblar. Uşaq Filarmoniyası Azərbaycan təhsil sisteminin ayrılmaz hissəsidir. Burada uşaqlar bir neçə istiqamət üzrə istedadlarını püxtələşdirir, inkişaf etdirirlər. Hazırda burada 500-ə yaxın uşaq təhsilini davam etdirir. Ən əsası odur ki, Uşaq Filarmoniyasında fəaliyyət göstərən Uşaq Simfonik Orkestri və Xalq Çalğı Alətləri Orkestri kimi iki ciddi sahə var. Yəqin ki, bundan sonra bura gələcək uşaqların sayı da artacaq". 

Tədbir Azərbaycan Dövlət Uşaq Filarmoniyasının şagirdlərinin çıxışları ilə davam etdirilib.

Son xəbərlər

Orphus sistemi