IV ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının “Qızıl Qayıq” mükafatçısı bəlli olub.
Azərbaycan Kinematoqrafçılar İttifaqından "Report"a bildirilib ki, "Qızıl Qayıq" mükafatına “Azərbaycan animasiyasına verdiyi töhfəyə görə” operator Ramiz Ağayev layiq görülüb.
Qeyd edək ki, IV ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı davam edir. Ənənəyə görə, hər festivalın öz mövzusu, qalibləri və öz mükafatçısı olur.
Xatırladaq ki, I ANİMAFİLM-in “Qızıl qayıq” mükafatı laureatı Məsud Pənahi, II ANİMAFİLM festivalında isə bu mükafata Azərbaycan Kinematoqrafçılar İttifaqının idarə heyətinin üzvü, rejissor Firəngiz Qurbanova və animasiya rejissoru Elçin Hami Axundov, III ANİMAFİLM-də “Qızıl Qayıq” mükafatına rejissor Hafiz Əkbərov layiq görülmüşdür.