Yuxarı

Alim Qasımov Abu-Dabidə konsertdə iştirak edəcək

Umsiyat konsertləri illik Abu Dabi musiqi proqramı çərçivəsində paytaxtın Muşrif parkında keçiriləcək

Bakı. 18 yanvar. REPORT.AZ/ BƏƏ-də açıq havada bir sıra musiqi konsertləri keçiriləcək. "Report" "The National" nəşrinə istinadən xəbər verir ki, tədbirin məqsədi regionun mədəni irsinin bayram kimi qeyd edilməsidir.

Konsertdə pakistanlı müğənni Faiz Əli Faiz, livanlı Abir Nehme, türkiyəli musiqiçi Kudsi Erguner kimi məşhur ustalar, eləcə də Azərbaycandan dünya şöhrətli muğam ifaçısı Alim Qasımov iştirak edəcək.

Umsiyat konsertləri Abu Dabinin Turizm və Mədəniyyət İdarəsinin illik musiqi proqramı çərçivəsində paytaxtın Muşrif parkında keçiriləcək.

İlk konsert artıq bazar günü keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi