Adil Kərimli: “Ermənistandakı Azərbaycan kəndlərinin tarixi adları tamamilə dəyişdirilib”

Adil Kərimli: “Ermənistandakı Azərbaycan kəndlərinin tarixi adları tamamilə dəyişdirilib” “Ermənistan höküməti ərazilərində yerləşən və Azərbaycan xalqına məxsus mədəni irs nümunələrinin mənşəyini saxtalaşdırmaqla məşğuldur”.
Mədəniyyət siyasəti
7 Aprel , 2023 11:11
Adil Kərimli: “Ermənistandakı Azərbaycan kəndlərinin tarixi adları tamamilə dəyişdirilib”
Adil Kərimli

“Ermənistan hökuməti ərazilərində yerləşən və Azərbaycan xalqına məxsus mədəni irs nümunələrinin mənşəyini saxtalaşdırmaqla məşğuldur”.

“Report” xəbər verir ki, bunu UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimində mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli deyib.

O təəssüflə söyləyib ki, azad edilmiş ərazilərdə 30 ilə yaxın türk dünyasının mədəni irsi hesab edilən mədəniyyət abidələri, məscidlər, abidələr, mədrəsələr, görkəmli şəxsiyyətlərin evlər erməni vandalizminə məruz qalaraq dağıdılıb: “Eyni zamanda Ermənistan hökuməti hazırkı ərazilərində azərbaycanlıların mədəni irsinin izlərini qəsdən məhv etmək, talan və dağıntılara məruz qoymaqla, habelə Azərbaycan xalqının mədəni irs nümunələrinin mənşəyini saxtalaşdırmaqla məşğuldur”.

“Azərbaycan kəndlərinin tarixi adları tamamilə dəyişdirilib, qədim toponimlər erməni adları ilə əvəz edilib. Ermənistan hökumətinin apardığı siyasətlə Azərbaycanın tarixi torpaqları olan Qərbi Azərbaycan ərazisində mədəni irs nümunələri olan Göy məscid, Qala məscid və Şah Abbas məscidləri, monumental abidələr sistemli və məqsədyönlü şəkildə məhv edilib”, - A.Kərimli vurğulayıb.

Son xəbərlər

Orphus sistemi