"Azərbaycan mədəniyyətinin dünyada tanıdılması üçün böyük işlər görülür və görülməkdədir".
"Report" xəbər verir ki, bunu mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimli “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, bu tədbirlərin həyata keçirilməsində Heydər Əliyev Fondunun və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi əməyi var:
"Teatr hər zaman yenilənməli, çağdaş dövrə uyğunlaşmalıdır. Bu forumun məqsədi teatr peşəkarları ilə birgə teatrın problemlərini və perspektivlərini müzakirə etməkdir. Həmçinin, aprelin 20-21-də Kino Forumu keçiriləcək. Bu çağırışları ilin sonunda Mədəniyyət Forumu adı altında yekunlaşdırmağı düşünürük".