Yuxarı

​ABŞ-da "Əli və Nino" filminin premyerası olacaq

Filmin icraçı prodüseri Leyla Əliyevadır

Bakı. 9 dekabr. REPORT.AZ/ Gələn ilin yanvarında "Əli və Nino" filminin premyerası keçiriləcək. Bu barədə "Report"a Heydər Əliyev Fondundan məlumat verilib.

Məlumata görə, yazıçı Qurban Səidin dünya bestselleri, eyniadlı romanı əsasında çəkilən film yanvarın 21-dən 31-dək keçiriləcək ABŞ-ın nüfuzlu "Sundance" beynəlxalq film festivalında nümayiş olunacaq.

Xatırladaq ki, filmin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru "BAFTA" mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə "Academy Award" mükafatı laureatı Kristofer Hemptondur. 

Filmdə Adam Bakri, Mariya Valverde, Halit Ergenç, Mendi Petinkin, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Fəxrəddin Manafov, Əsad Bub, Numan Akar və digər məşhur aktyorlar çəkiliblər.

Qeyd edək ki, filmin çəkilişlərinə bu il fevralın 24-dən başlanıb və iyun ayınadək davam edib. Çəkilişlər Bakıda, tarixi İçərişəhər küçələrində və paytaxtın bir sıra məkanlarında, Qobustan, Xınalıq və s. ərazilərdə aparılıb.

ABŞ-ın Yuta ştatının Park Siti şəhərində təşkil olunacaq festival 1985-ci ildən keçirilir. Bu il 31-ci dəfə keçiriləcək festivalda 16 bədii, 10 sənədli filmin, uşaqlar üçün 3 ekran işinin premyerası olacaq və 9 filmə baxış keçiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi