Bakı. 13 oktyabr. REPORT.AZ/ Yaponiyanın Ayti prefekturasının Komaki şəhərindəki yaşayış evinin üstünə meteorit qırıntıları düşüb.
"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilir ki, hadisə vaxtı binanın içində olan sakinlər güclü zərbə səsi eşidiblər. Sonra isə evin yanında 10, 5 və 4 santimetr olan üç daş tapıblar. Daşlar ekspertizaya göndərilib. Mütəxəssislər belə qənaətə gəliblər ki, bunlar meteorit parçalarıdır. Onlar maqnit xüsusiyyətlərinə malikdir və metal əşyaları cəlb edirlər.
Yaponiyalı alimlər meteoritin nümunələrinin öyrənilməsini davam etdirmək və onun beynəlxalq reyestrdə rəsmi qeydiyyata alınması üçün sifariş hazırlamaq niyyətindədirlər. Xatırladaq ki, bir müddət əvvəl Niderlanda da yaşı 4,5 milyard il olan meteorit düşüb.