Yuxarı

İslandiyada ərimiş buzlağa xatirə lövhəsi açılacaq - FOTO

​İslandiyada ərimiş buzlağa xatirə lövhəsi açılacaq

İslandiyada iqlim dəyişikliklərinə görə ilk ərimiş "Okyyokyudl" buzlağına xatirə lövhəsi açılacaq.

Bu barədə "Report" "Deutsche Welle"yə istinadən xəbər verir.

Bildirilir ki, həmin münasibətlə bu gün keçiriləcək təntənəli tədbirdə hökumət rəhbəri Katrin Yakobsdottir və ətraf mühitin mühafizəsi naziri Qudmundur İnqa Qudbrandsson iştirak edəcəklər.

Tədbirdə iştirak edəcək şəxslər arasında həmçinin BMT-nin insan hüquqları üzrə baş komissarı Meri Robinson da var.

"Okyyokyudl" yüz il əvvəl 50 metrə qədər qalınlığa, 15 kv kilometr sahəyə malik olub. İndi onun sahəsi təxminən 1 kv metr, qalınlığı isə cəmi 15 metrdir. Xatirə lövhəsində İslandiya və ingilis dillərində gələcəyə ünvanlanmış məktub dərc edilib. Məktubda deyilir ki, ən yaxın 200 ildə digər buzlaqların da taleləri belə olacaq. Abidə bu vəziyyətlə mübarizə aparmağın lazımlı olduğunu xatırladır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi