Dünya okeanının səviyyəsi son 25 ildə 77 mm artıb

Dünya okeanının səviyyəsi son 25 ildə 77 mm artıb Bakı. 1 sentyabr. REPORT.AZ/ Son 25 ildə dünya okeanında suyun səviyyəsi 77 mm artıb.
Maraqlı
1 Sentyabr , 2018 05:54
Dünya okeanının səviyyəsi son 25 ildə 77 mm artıb

Bakı. 1 sentyabr. REPORT.AZ/ Son 25 ildə dünya okeanında suyun səviyyəsi 77 mm artıb.

"Report" "İzvestiya.ru"ya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının alimləri bildiriblər.

Bu göstəricinin artmasının səbəbi isti suların genişlənməsi olub. Bildirilir ki, buzlaqların əriməsi nəticəsində okeanlarda suyun səviyyəsi artır.

Alimlər belə nəticəni planetimizin kosmik müşahidəsi ilə məşğul olan, peyklərdə ən dəqiq kompüter modelləşdirməsi və yüksək dəqiqlik sensorları vasitəsilə əldə ediblər.

Dünya okeanında suyun səviyyəsinin qalxma sürəti 2,9 mm təşkil edir. Özü də hər il bu göstərici qlobal istiləşmə üzündən 0,084 mm artır. Beləliklə, planetimiz iqlim dəyişmələrinə reaksiya verir.

Avqustun 30-də məlum olub ki, Yelsk universitetinin alimləri Arktika regionunda böyük həcmdə duzlu və isti su aşkar ediblər. O, Kanadanın Alyaskadan şimaldakı hövzəsindən keçir və onu isidir.

Son xəbərlər

Orphus sistemi