Böyük Britaniyanın populyar televiziya verilişi Azərbaycanda test-drayv həyata keçirəcək

Böyük Britaniyanın populyar televiziya verilişi Azərbaycanda test-drayv həyata keçirəcək Bakı. 12 sentyabr. REPORT.AZ/ Top Gear televiziya proqramının tanınmış sabiq aparıcıları - Ceremi Klarkson, Ceyms Mey və Riçard Hammond Böyük Britaniyanın The Grand Tour proqramı çərçivəsində Azərbaycan ərazisində yeni avtomobillərin test-drayvlarını həyata keçirəcək.
Maraqlı
12 Sentyabr , 2018 16:10
Böyük Britaniyanın populyar televiziya verilişi Azərbaycanda test-drayv həyata keçirəcək

Bakı. 12 sentyabr. REPORT.AZ/ "Top Gear" televiziya proqramının tanınmış sabiq aparıcıları - Ceremi Klarkson, Ceyms Mey və Riçard Hammond Böyük Britaniyanın "The Grand Tour" proqramı çərçivəsində Azərbaycan ərazisində yeni avtomobillərin test-drayvlarını həyata keçirəcək.

Bu barədə "Report" Britaniya KİV-inə istinadən xəbər verir.

Proqramın çəkilişləri oktyabrın 4-dən 10-dək baş tutacaq. Məşhur ekspertlər 3 avtomobili - "Aston Martin DBS Superleggera", "BMW M850i" və "Bentley Continental GT" markalı maşınları ölkənin beş müxtəlif şəhərinin küçələrində test edəcəklər. Avtomobillər Böyük Britaniyadan xüsusi təyyarə ilə gətiriləcək.

Proqramın prodüserləri və müəlliflərinin sözlərinə görə, yeni avtomobillərin Azərbaycandakı test-drayvı xüsusilə möhtəşəm və cazibədar olacaq, tamaşaçıları isə aparıcılardan əyləncəli və şən sınaqlar gözləyir.

Son xəbərlər

Orphus sistemi