Yuxarı

ABŞ əsgəri ölümündən 75 il sonra dəfn edilib

ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin əsgəri 75 il sonra dəfn edilib

ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin İkinci Dünya müharibəsi zamanı həlak olmuş hərbi qulluqçusu ölümündən 75 il sonra İndiana ştatında dəfn edilib.

Bu barədə "Report" "Associated Press"-ə istinadən xəbər verir.

Sıravi Fred Frit 1943-cü ilin noyabrında 18 yaşında Qilberta (indiki Kiribati respublikası) adalarında, Betio yaxınlığında döyüş zamanı həlak olub. Onun cəsədi həmin vaxt tapılmayıb və Frit rəsmən 1949-cu ildə həlak olmuş elan edilib.

Əsgərin cəsədi yalnız 72 il sonra - 2015-ci ildə döyüşlərdə itkin düşən Amerika əsgərlərinin axtarışı ilə məşğul olan "History Flight" təşkilatının səyləri nəticəsində tapılıb. Cəsədin Fritə məxsus olmasını müəyyənləşdirmək DNT analizi nəticəsində mümkün olub. 

Daha əvvəl Əfqanıstanda ABŞ əsgərlərinə hücum edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi