Türkiyədə bu gün keçirilən prezident və parlament seçkiləri bir sıra maraqlı anlarla müşahidə edilir.
“Report” “TRThaber”ə istinadən xəbər verir ki, ölkənin bir sıra vilayətlərində seçicilər səsvermə məntəqələrinə qeyri-adi formada gəlirlər.
Düzce vilayətində Muay tay millisinin üzvü idmançısı Muhammet Bişgin seçki məntəqəsinə yeniçəri paltarı geyinərək gedib. Beyciler Məhəlləsindəki evindən yeniçəri paltarı ilə çıxan 33 yaşlı Bişgin qeydiyyatda olduğu məntəqəyə atıyla gəlib.
Seçkilərin əhəmiyyətinə diqqət çəkmək üçün məntəqə atı ilə gəldiyini ifadə edən Bişgin, "Vətəndaşlar yolda böyük maraq göstərdi. Seçki ruhunu yaşatmaq istədik. Seçki demokratiya bayramıdır. Bu seçki bizim və Türkiyə üçün bir təkan olacaq”, - deyib.
Hatay vilayətində də bir seçici məntəqəyə atla gəlib. Abdullah Cıla səs verdiyi Dənizciler Gübretaş orta məktəbinə gəldiyi atını küçədəki işıq dirəyinə bağlayıb. Cıla bülleteni atın üstündə alaraq səs verməyə gedib. O, COVID-19 pandemiyası zamanı at sürməyə başladığını söyləyib.
İzmir şəhərinin Bornova rayonunda yaşayan at təlimçisi Faruk Ceren səhər tezdən səs vermək üçün məntəqəyə gedib. Ceren səs verəcəyi Bornova Yaka Şengül Mustafa Karaca İbtidai məktəbinə at üzərində kovboy paltarı ilə gəlib.
"Bu gün demokratiyanın tələblərini yerinə yetirmək və səs vermək üçün atımla seçki məntəqəsinə gəldim. Gərgin dövr yaşayırıq. Bu gərginliyi atmaq üçün avtomobil yerinə atımı seçdim. Xoş bir səyahət oldu və vətəndaşlardan müsbət reaksiyalar aldım”, - Faruk Ceren deyib.