Tramp koronavirusla bağlı tövsiyələr verdi

Tramp koronavirusla bağlı tövsiyələr verdi ABŞ prezidenti Donald Tramp koronavirusdan qorunmaqla bağlı tövsiyələr verib.
Maraqlı
27 Fevral , 2020 08:20
Tramp koronavirusla bağlı tövsiyələr verdi

ABŞ prezidenti Donald Tramp koronavirusdan qorunmaqla bağlı tövsiyələr verib.

“Report”un RİA “Novosti”yə istinadən məlumatına görə, Birləşmiş Ştatların rəhbəri koronavirusa yoluxmamaq üçün əlləri yumağı və ardıcıl əllə görüşməməyi məsləhət görüb.

"Yəqin eşitmisiniz, mən hər halda bunu tez-tez edirəm, amma siz əllərinizi yumalı, təmizliyə riayət etməlisiniz. Əgər ehtiyac olmasa, hər tutacaqdan tutmaq vacib deyil. Yəni soyuqdəymə zamanı riayət edilməli müəyyən şeylər var”, - deyə o jurnalistlərə bildirib.

Tramp çoxdandır görmədiyi şəxsin bir həftə əvvəl ona necə yaxınlaşmasından da danışıb.

"O məni qucaqladı, öpdü. Soruşdum: - səndə hər şey qaydasındadır? O deyir: - Yox, mənim qorxunc hərarətim və soyuqdəyməm var". Və o məni qucaqlayır, öpür. Üzr istədim və əllərimi yumaq üçün çıxdım", - Tramp əlavə edib. 

Son xəbərlər

Orphus sistemi