​"Taliban" liderinin 5 min sözlük tərcümeyi-halı yayılıb

​"Taliban" liderinin 5 min sözlük tərcümeyi-halı yayılıb "Molla Ömər xaraktercə sakitdir"
Maraqlı
6 Aprel , 2015 10:31
​Taliban liderinin 5 min sözlük tərcümeyi-halı yayılıb

Bakı. 6 aprel. REPORT.AZ/ "Molla Ömər silahlı toqquşmalarda 4 dəfə yaralanıb, o, bir gözünü itirib".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu, Əfqanıstandakı "Taliban" hərəkatının lideri Molla Ömərin tərcümeyi-halında yazılıb.

Xəbərdə bildirilib ki, bu il Molla Ömərin hərəkata liderlik etməsinin 19-cu ili tamam olur. İddialara əsasən, 5 min sözlük tərcümeyi-hal onun "bilinməyən tərəflərinə" müəyyən aydınlıq gətirib. Orada bildirilib ki, Molla Ömər 1960-cı ildə Əfqanıstanın Qəndəhar əyalətinə aid bir kənddə anadan olub. Atasının ictimaiyyət arasında sayılan şəxslərdən biri olduğu tərcümeyi-halda vurğulanıb.

Qeyd edilib ki, Molla Ömər Əfqanıstana daxil edilmiş keçmiş sovet qoşunlarına qarşı mübarizə aparıb.

O, 1994-cü ildə mücahidlərin, 1996-cı ildə ona inananların dini lideri olur.

"Molla Ömər xaraktercə sakitdir", - məlumatda bildirilib.

Mütəxəssislər Əfqanıstandakı "Taliban" hərəkatının Molla Ömərlə bağlı gözlənilməyən tərcümeyi-halını dəyərləndirərək bildiriblər ki, ölkədə İŞİD-in artan nüfuzunun qarşısını almaq üçün hərəkat təmsilçiləri bu addımı atıblar. Bununla da "Taliban" İŞİD-in məşhurluğuna qarşı Molla Ömərin tərcümeyi-halını çıxarıb.

Son xəbərlər

Orphus sistemi