Sovet yeniyetmələri müasir yaşıdlarından nə ilə fərqlənir? – ARAŞDIRMA

Sovet yeniyetmələri müasir yaşıdlarından nə ilə fərqlənir? – ARAŞDIRMA Müasir yeniyetmələr daha ambisiyalı, özlərinə daha çox dəyər verir və sayğı duyur, özləri qarşısında daha çətin hədəflər qoyurlar
Maraqlı
18 İyul , 2020 17:56
Sovet yeniyetmələri müasir yaşıdlarından nə ilə fərqlənir? – ARAŞDIRMA

Müasir yeniyetmələr daha ambisiyalıdır, özlərinə daha çox dəyər verirlər, sayğı duyurlar və özləri qarşısında daha çətin hədəflər qoyurlar.

“Report” “RİA Nauka”ya istinadən xəbər verir ki, bu qənaətə rusiyalı psixoloqlar gəliblər.

Məlumata görə, araşdırmaçılar 31 il aradan sonra yeni metodika ilə yeniyetmələr arasında sorğu keçiriblər.

Bildirilib ki, çağdaş yeniyetmələr sovet yaşıdlarından həm də daha az məsuliyyətli olmağı ilə fərqlənirlər. Ancaq alimlər bunu problem hesab etmir. Belə ki, onların fikrincə, cəmiyyət uşaqları müstəqillikdən qoruyur, beləliklə, onlara sadəcə bu duruma uyğunlaşmaq qalır.

Bundan başqa, müasir yeniyetmələr “burada və indi” prinsipi ilə yaşayırlar. Onların şəxsi diləklərinin motivasiyası artıb, yaxın çevrənin arzularına isə daha az önəm verilməyə başlanılıb.

Daha bir əhəmiyyətli fərq isə təhsilə yanaşmadadır. Sovet yeniyetmələri təhsilə darıxdırıcı rutin iş kimi yanaşırdılar. Onların müasir yaşıdları isə bu baxımdan daha biliyəmeyilli və fəaldırlar. Onların dərslərdən təəssüratları bir-biri ilə ziddir, lakin həmişə emosionaldır.

Son xəbərlər

Orphus sistemi