Nyu-York mafiyasının başçısı ölüb

Nyu-York mafiyasının başçısı ölüb ABŞ-ın Şimali Karolina federal həbsxanasında mafioz klanın aparıcısı Qambino Piter Artur Qotti 81 yaşında ölüb
Maraqlı
27 Fevral , 2021 15:41
Nyu-York mafiyasının başçısı ölüb

ABŞ-ın Şimali Karolina federal həbsxanasında mafioz klanın aparıcısı Qambino Piter Artur Qotti 81 yaşında ölüb.

“Report” xəbər verir ki, məlumatı “Associated Press” yayıb.

Bildirilib ki, Piter 2002-ci ilədək Nyu-York mafiyasına başçılıq etmiş Con Qottinin böyük qardaşı idi. Con öləndən sonra Piter mafiyaya başçılıq edib. Onun vəzifəsinin öhdəsində pis gəldiyi deyilir. O, cinayətkar klanın "ən ürəyi yumşaq başçısı" sayılıb.

Piter 2003-cü ildə mühakimə olunub və 17 il azadlıqdan məhrum edilib. Mafiya başçısı fevralın 26-da Batner şəhərində müalicə olunduğu federal hospitallardan birində ölüb. Həkimlər Piterin təbii səbəbdən və səhhətinin zəif olmasından öldüyünü bildiriblər.

Qambino klanı 1902-ci ildə formalaşıb. O, İtaliya-Amerika mafiyaları arasında 5-liyə daxildir. Bu “beş ailə” Nyu-Yorkda mütəşəkkil cinayətlərə nəzarət edir.

Son xəbərlər

Orphus sistemi