“Kamaz” helikopterlə toqquşub

“Kamaz” helikopterlə toqquşub  
Maraqlı
1915
16 Yanvar , 2021 15:46
“Kamaz” helikopterlə toqquşub

“Dakar” – 2021 rallisinin yekun mərhələsində qeyri-adi hadisə baş verib.

“Report” xarici KİV-ə istinadən bildirir ki, yarışmada “KAMAZ” helikopterlə toqquşub.

Azarkeşlərdən biri insidenti videolentə alıb.

Yarışın xüsusi mərhələsində təşkilatçıların helikopteri birbaşa “KAMAZ-master” komandasının üzvü Anton Şibalovun yük maşını üzərindən uçmağa başlayıb. Bu anda yük maşını kiçik bir tramplin üzərində tullanaraq damı ilə helikopterin tirini vurub.

Zərbənin gücü o qədər də böyük olmadığından helikopter pilotusükanı itirməyib və dərhal yüksəlməyə başlayıb.

“KAMAZ”a gəldikdə, yük maşınının hava girişinə kiçik ziyan dəyib, ancaq bununla belə yarışçı xüsusi mərhələni tamamlamağı bacarıb. Nəticədə “KAMAZ”ın sürücüsü Anton Şibalov “Dakar” – 2021-də ikinci yeri tutub.

Son xəbərlər

Orphus sistemi