Finlandiyanın XİN başçısı cərimələnib
- 14 fevral, 2015
- 06:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı.14 fevral. REPORT.AZ/ Finlandiyanın xarici işlər naziri Erkki Tuomioya 9 günlük əmək haqqı məbləğində cərimə edilib.
"Report" "gazeta.ru"ya istinadən xəbər verir ki, o, sürət həddini aşdığı və avtomobili texniki baxışdan keçirmədiyi üçün cəzalandırılıb.
Nazir 2014-cü ilin sentyabrında Helsinkidə 40 km/saat sürət həddi olan yolda avtomobili 49 km/saatla sürüb. Ötən il mayın sonunda isə onun maşını texniki baxışdan keçməli imiş. Nazir bildirib ki, maşını texniki baxışdan keçirmək üçün texniki xidmət stansiyasına aparıb: "Orada rəsmi texniki baxışdan keçirilib-keçirilməməsini yoxlamamışam. Əlbəttə, bu mənim günahımdır".
Prokurorluğun məlumatına görə, Tuomioya cərimə yazılarkən, etiraz etməyib, müqavimət göstərməyib.