Eyfel qülləsi təhükəsizliyə görə şüşə divarla əhatələnəcək
Maraqlı
- 09 fevral, 2017
- 13:04
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 9 fevral. REPORT.AZ/ Fransa paytaxtı Parisin əsas rəmzi sayılan Eyfel qülləsi təhlükəsizliyə görə gülləkeçirməyən şüşə divarla əhatələnəcək.
"Report" xəbər verir ki, bu barədə "Parisien" qəzeti yazıb. Hündürlüyü 2,5 metr olacaq divarın inşası 20 milyon avroya başa gələcək. Divarın inşasının payızda başa çatacağı gözlənilir.
Qeyd edək ki, daha əvvəl - futbol üzrə Avropa Çempionatı-2016 ərəfəsində qüllənin ətrafında metal hasarlar və yoxlama məntəqələri quraşdırılmışdı.
Xatırladaq ki, Eyfel qülləsi Fransa hökumətinin sifarişi əsasında mühəndis Qustav Eyfel tərəfindən 1889-cu ildə Paris sərgisi üçün tikilib və o dövrün dünyadakı ən hündür tikilisi olub. Abidəni ildə təqribən 7 milyon nəfər ziyarət edir.
Son xəbərlər
06:07
Tramp: "Audi" ABŞ avtomobil zavodunun tikintisinə 4,2 milyard dollar investisiya yatıracaq
Digər ölkələr
06:03
İran ABŞ gəmilərinin Fars körfəzinə girməsinə icazə verməyəcəyini bildirib
Region
05:38
Yaponiya sahillərində güclü zəlzələ olub
Digər ölkələr
05:09
ABŞ-nin müttəfiqləri "Starlink" peyk şəbəkəsindən asılılığı azaltmaq niyyətindədirlər
İKT
04:47
Türkiyədə onlarla qanunsuz miqrant saxlanılıb
Region
04:30
Alimlər insan bədənində ağciyər xərçənginə qarşı gizli mexanizm kəşf ediblər
Sağlamlıq
03:52
"Bloomberg": İran ABŞ-nin yeni hücumlarına hazırlaşır
Region
03:12
Albaniyada etirazçılar şəhər meriyasının binasını yandırıblar
Digər ölkələr
03:02
Antonelli Ostində keçirilən "Formula 1" üzrə ABŞ Qran-Prisinin təsnifat mərhələsini qazanıb
Formula 1