Bakı. 14 fevral. REPORT.AZ/ Danimarkanın paytaxtı Kopenhagen "Savills" beynəlxalq daşınmaz əmlak agentliyi tərəfindən tərtib edilən dünyanın ən rahat şəhərləri reytinqinə başçılıq edib.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
Qeyd edək ki, "yaşayış rahatlığı" anlayışı şəhər mühitin keyfiyyətləri, o cümlədən havanın çirklənmə səviyyəsi, parkların keyfiyyəti, cinayətkarlıq səviyyəsi, səhiyyə, əmək haqlarındakı bərabərlik və işə qədər yola sərf olunan vaxt kimi bir sıra göstəricilər əsasında formalaşır.
Reytinqdə ikinci və üçüncü yerləri Stokholm (İsveç) və Melburn (Avstraliya) tutub.
Şirkət həmçinin əyləncə infrastrukturunun keyfiyyəti üzrə şəhərlərin reytinqini tərtib edib. Bu sıralamada London (Böyük Britaniya) liderlik edir. Nyu-York (ABŞ) və Tokio (Yaponiya) uyğun olaraq, ikinci və üçüncü yerlərdə qərarlaşıb.