Bakı. 18 noyabr. REPORT.AZ/ Çində qədim ailə məzarlığında, sərdabədə aparılan arxeoloji qazıntılar zamanı 2 min il yaşı olan qızıl sikkə və külçə aşkarlanıb.
"Report" Çinin "Sinxua" agentliyinə istinadən xəbər verir ki, bu sərdabə Batı Xanlığı sülaləsinə (miladdan öncə 206, miladdan sonra 24-cü illər) mənsub olub. Xəbərdə bildirilib ki, həmin məzarlıqdan at dırnağı şəklində 25 qızıl külçə və 50 qızıl sikkə çıxarılıb.
Həmin sikkələrin Çinin şərqində Ciangşi əyalətində Hayhunhov bəyliyinin hakimiyyətinin ilk başçısına hədiyyə edildiyi ehtimal olunur.
Məlumata əsasən, sonuncu tapıntı bu günədək həmin xanlığın məzarlığından aşkarlanan ən qiymətli əşyalar sayılır.
Xəbərdə bildirilib ki, sikkələrin hər birinin çəkisi 250 qram, külçələrin ağırlığı isə 40-250 qram arasındadır. Bu xəzinə Hayhunhov bəyliyinin sərdabəsindəki otaqlarda bir yatağın altındakı üç qutunun içində saxlanılırmış.