Çində iki başlı və səkkiz ayaqlı donuz doğulub - VİDEO

Maraqlı
  • 01 dekabr, 2017
  • 01:20
Çində iki başlı və səkkiz ayaqlı donuz doğulub - VİDEO

Bakı. 1 dekabr. REPORT.AZ/ Çində qəribə heyvan doğulub.

"Report"un məlumatına görə, bu barədə "The Sun" xəbər verib.

Xəbərdə bildirilir ki, maraqlı hadisə Fuçzyan vilayətindəki fermalardan birində baş verib. Belə ki, fermada qeyri-adi – iki başlı və səkkiz ayaqlı donuz doğulub.

Heyvan cəmi üç gün yaşasa da, şahidlər onun videogörüntülərini lentə alaraq internetə yerləşdiriblər. 

Çində iki başlı və səkkiz ayaqlı donuz doğulub - VİDEO