Alimlər qəhvənin gözlənilməz faydalarını açıqlayıblar

Alimlər qəhvənin gözlənilməz faydalarını açıqlayıblar Yaponiya alimləri qəhvədən müntəzəm istifadənin yaddaşı və diqqəti yaxşılaşdırdığını bildiriblər.
Maraqlı
7 Yanvar , 2024 07:43
Alimlər qəhvənin gözlənilməz faydalarını açıqlayıblar

Yaponiya alimləri qəhvədən müntəzəm istifadənin yaddaşı və diqqəti yaxşılaşdırdığını bildiriblər.

“Report”un məlumatına görə, “Springer” içkinin gözlənilməz faydalarından yazıb.

Qeyd edilir ki, araşdırmanı Sukuba Universitetinin tədqiqatçıları aparıblar. Otuz gün ərzində siçanlara qəhvə, güldəfnə və yapon turpunda olan triqonelin maddəsi verilib. Daha sonra gəmiricilər “Morris” labirintinə buraxılıb və burada yaddaş qabiliyyətinin əhəmiyyətli dərəcədə artdığını göstəriblər.

Tədqiqatçıların fikrincə, qəhvənin müntəzəm istehlakı idrak funksiyasının yaxşılaşmasına səbəb olur, çünki bu birləşmə beyində qan dövranına faydalı təsir göstərir, həmçinin yeni neyronların böyüməsini stimullaşdırır və onlar arasında əlaqəni yaxşılaşdırır.

Son xəbərlər

Orphus sistemi