Alimlər dünyada yeni okeanın formalaşması barədə xəbərdarlıq edirlər

Alimlər dünyada yeni okeanın formalaşması barədə xəbərdarlıq edirlər Alimlər gələcəkdə dünyadayeni okeanın meydana çıxmasının mümkünlüyü barədə xəbərdarlıq ediblər.
Maraqlı
4608
19 İyul , 2020 10:12
Alimlər dünyada yeni okeanın formalaşması barədə xəbərdarlıq edirlər

Alimlər gələcəkdə dünyada yeni okeanın meydana çıxmasının mümkünlüyü barədə xəbərdarlıq ediblər.

“Report” xəbər verir ki, bu barədə “NBC News" telekanalı bildirib.

Tədqiqatçıların hesablamalarına görə, təxminən beş-on milyon il sonra - Afrikanın şərq hissəsində tektonik çat yaranacaq, buna görə də qitə iki hissəyə parçalanacaq.

Qitənin bu hissəsi Efiopiyanın Afar regionundadır, hansı ki, üç tektonik lövhənin birləşməsində yerləşir və bir-birindən yavaş-yavaş ayrılır. Regionda tektonik çat 2005-ci ildə yaranıb. Onun uzunluğu indi təxminən 56 kilometr təşkil edir.

"Bu, sizin Yer kürəsində kontinental riftin necə okean rifti olduğunu öyrənə biləcəyiniz yeganə yerdir", - Böyük Britaniyanın Lids Universitetinin professoru Kristofer Mur qeyd edib.

Alimlər güman edirlər ki, təbii hadisə qalxan maqmaya görə artan təzyiqdən meydana gəlib. İndi onlar GPS-ın köməyi ilə tektonik lövhələrin hərəkətini izləyirlər.

Son xəbərlər

Orphus sistemi