ABŞ-da pişik Veteranlarla İş Departamentinin serverində problem yaradıb

ABŞ-da pişik Veteranlarla İş Departamentinin serverində problem yaradıb ABŞ-da pişik Veteranlarla İş Departamentinin bölmələrindən birinin kompüter sistemində nasazlıq yaradıb.
Maraqlı
7 Oktyabr , 2023 01:39
ABŞ-da pişik Veteranlarla İş Departamentinin serverində problem yaradıb

ABŞ-da pişik Veteranlarla İş Departamentinin bölmələrindən birinin kompüter sistemində nasazlıq yaradıb.

“Report” “The Register”ə istinadən bildirir ki, pişik kompüterin klavişinə atılaraq serverdən bəzi məlumatları silib.

Missuri ştatının Kanzas-Siti şəhərindəki Veteranların İşləri Tibb Mərkəzində server dörd saat işləməyib. Jurnalistlər bunun səbəbini rəsmilərin son onlayn görüşlərindən birində məsələ qaldırılanda təsadüfən öyrəniblər.

İclasda iştirak edən mənbənin verdiyi məlumata görə, onlayn görüşdə idarənin informasiya texnologiyaları departamentinin məsələ və problemləri müzakirə olunub. Xüsusən məlum uğursuzluq qeyd edilib. Onun səbəbi gözlənilməz olub.

"Texnik server klasterinin konfiqurasiyasını nəzərdən keçirərkən, onların pişiyi klavişə sıçrayaraq onu silib", - mənbə bildirib.

Jurnalistlərin birbaşa sorğusuna cavab olaraq, Veteranlarla İş Departamenti serverdə nasazlıq faktını təsdiqləsə də, pişik haqqında heç nə deyilməyib.

Son xəbərlər

Orphus sistemi