ABŞ alimləri dördayaqlı qapıçı robotu hazırlayıblar

ABŞ alimləri dördayaqlı qapıçı robotu hazırlayıblar Berklidəki Kaliforniya Universitetinin (ABŞ) alimləri dördayaqlı futbol qapıçısı robotu yaradıblar. Cihaz müstəqil olaraq uçuş trayektoriyasını təhlil edə və qapıya doğru hərəkət edərkən topu vura bilir
Maraqlı
18 Oktyabr , 2022 08:26
ABŞ alimləri dördayaqlı qapıçı robotu hazırlayıblar

Berklidəki Kaliforniya Universitetinin (ABŞ) alimləri dördayaqlı futbol qapıçısı robotu yaradıblar. Cihaz müstəqil olaraq uçuş trayektoriyasını təhlil edə və qapıya doğru hərəkət edərkən topu vura bilir.

“Report”un məlumatına görə, tədqiqatın nəticələri “arXiv” repozitoriyasında mövcud olan preprintdə dərc olunub.

“Mini Cheetah” adlanan robot üç növ hərəkət edə bilir: yana hərəkət etmək, tullanmaq və dalmaq (topu tutmaq üçün yanlara tullanma və yıxılma). Dərinlik kamerası texnikaya obyektin mövqeyini təyin etməyə imkan verir, sonra isə alqoritm robotun əzalarını hərəkətə gətirərək müvafiq hərəkəti seçir.

“Mini Cheetah” ilk dəfə fiziki fəaliyyətləri təqlid edən virtual məkanda təlimin keçirildiyi “Isaac Gym” platformasında simulyasiya üzrə təlim keçib. Praktiki sınaqlar göstərib ki, bir robota orta hesabla bir hərəkəti tamamlamaq üçün 0,9 saniyə lazımdır.

Son xəbərlər

Orphus sistemi