Ötən ay Azərbaycanda fəaliyyət göstərən bəzi banklarda istehlak kreditləri üzrə təklif edilən faiz dərəcələrinə dəyişiklik edilib.
“Report”un araşdırmasına əsasən, nağd kreditlər üzrə faiz dərəcəsi “Azər-Türk Bank”da 19-27%-dən 16-23%-ə, “Yelo Bank“da 19%-dən 15,9%-ə düşürülüb.
“BTB Bank” lombard kreditləri üzrə faizi 22,8%-dən 20%-ə endirib.
Hazırda nağd kreditlər üzrə ən aşağı faiz dərəcəsi “AFB Bank”, “Azərbaycan Sənaye Bank“, Azər-Türk Bank”, “Bank Respublika”, “Yelo Bank“, “Turanbank” və “Xalq Bank”dadır.
Avtomobil kreditləri – “NBC Bank” **down**
Təmir kreditləri – “Yelo Bank” **down**
Lombard kreditləri – “Amrahbank”, “BTB Bank” **down**
İpoteka kreditləri – “Xalq Bank” **down**
Mikro kreditlər – “Bank Respublika” **down**
Kiçik və orta biznes kreditləri – “AG Bank”, “Xalq Bank” **down**
Daha ətraflı məlumat aşağıdakı infoqrafikalarda verilib: