Bakı. 4 sentyabr. REPORT.AZ/ Bu ilin iyul ayı ərzində qeyri-rezidentlərin Azərbaycanın kommersiya banklarındakı əmanətlərinin həcmi 15,5 mln. manat və ya 2,1% azalaraq avqustun 1-nə 714,8 mln. manat təşkil edib.
“Report” bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.
Azalma əsasən xarici valyutada yerləşdirilən əmanətlərdə qeydə alınıb. Qeyri-rezindetlərin iyul ayı ərzində manatla əmanətləri isə əksinə artıb. Hesabata əsasən, illik müqayisədə isə əmanətlərin həcmində 91,8 mln. manat və ya 11,4% azalma qeydə alınıb. Avqustun 1-nə əsasən, qeyri-rezidentlərin banklardakı əmanətlərinin 633,1 mln. manat və ya 88,6%-i xarici, 81,7 mln. manat və ya 11,4%-i milli valyutada yerləşdirilib.
Bildirək ki, 2018-ci il iyun ayının sonuna əsasən, fiziki şəxslərin banklardakı cəmi əmanətləri 8 049,5 mln. manat təşkil edib ki, Bunun da 7 334,7 mln. manatı rezident, 714,8 mln. manatı qeyri-rezidnetlərin əmanətləridir.