Tural Piriyev: “Bağlanmış bankların qeyri-qanuni qəbul etdiyi əmanətləri qaytarmağa çalışacağıq”

Tural Piriyev: “Bağlanmış bankların qeyri-qanuni qəbul etdiyi əmanətləri qaytarmağa çalışacağıq” “Azərbaycanda bağlanmış 4 bankın (AGBank, Amrah Bank, Atabank və NBC Bank ASC-lər) vaxtilə qanunsuz qəbul etdiyi əmanətlər müvəqqəti bloklanır”.
Maliyyə
25 İyun , 2020 12:40
Tural Piriyev: “Bağlanmış bankların qeyri-qanuni qəbul etdiyi əmanətləri qaytarmağa çalışacağıq”

“Azərbaycanda bağlanmış 4 bankın ("AGBank", "Amrah Bank", "Atabank" və "NBC Bank" ASC-lər) vaxtilə qanunsuz qəbul etdiyi əmanətlər müvəqqəti bloklanır”.

“Report” xəbər verir ki, bunu bankların ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Tural Piriyev keçirdiyi mətbuat konfransında məlumat verib.

“Həmin əmanətlərlə bağlı araşdırma aparıb, onları blokdan çıxarmağa çalışacağıq. Əgər bu mümkün olmasa, Konstitusiya Məhkəməsinə müraciət etməklə qeyri-qanuni qəbul edilmiş əmanətləri qaytarmağa, bu məsələni vətəndaşların xeyrinə həll etməyə çalışacağıq”, - deyə o, qeyd edib. 

"Bloklanmış əmanətlərin məbləği "AGBank"da 49,2 milyon manat, "NBC Bank"da 12,8 milyon manat, digər banklarda isə azdır", - deyə T.Piriyev əlavə edib. 

Son xəbərlər

Orphus sistemi