Nazir: “9 aylıq vergi proqnozuna 100,2% əməl olunub”

Nazir: “9 aylıq vergi proqnozuna 100,2% əməl olunub” Bakı. 10 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 5,298 mlrd. manat proqnoza qarşı 5,306 mlrd. manat vergi toplanılıb, proqnoza 100,2% əməl olunub. Ödənilmiş vergilərin 65,8%-i qeyri-neft sektorunun payına düşüb.
Maliyyə
10 Oktyabr , 2018 09:23
Nazir: “9 aylıq vergi proqnozuna 100,2% əməl olunub”
Mikayıl Cabbarov / Report
0 : 00
0 : 00

Bakı. 10 oktyabr. REPORT.AZ/ "Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 5,298 mlrd. manat proqnoza qarşı 5,306 mlrd. manat vergi toplanılıb, proqnoza 100,2% əməl olunub. Ödənilmiş vergilərin 65,8%-i qeyri-neft sektorunun payına düşüb".

"Report" xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin ilk 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.

"Neft-qaz sektorunda həyata keçirilən investisiya layihələrinin aktiv fazasının başa çatması qeyri-neft sektorundan vergi daxilolmalarına təsir etsə də, qeyri-neft sektorunun digər sahələrindən daxilolmaların artması, həmçinin neft sektorundan olan artım hesabına 2018-ci ilin ilk 9 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6% və yaxud 81,4 mln. manat çox vəsait toplanılıb.

Hesabat dövründə qeyri-neft sektorunun özəl bölməsındən vergi yığımları 7% artıb, onun qeyri-neft vergilərində xüsusi çəkisi ötən ilin müvafiq dövründəki 51%-dən 59%-ə yüksəlib.

Regionların sosial-iqtisadi inkişafı konsepsiyasının uğurla həyata keçirilməsi, o cümlədən yeni iş yerlərinin açılması vergitutma bazasının genişləndirilməsi ilə nəticələnib, hesabat dövründə regionlardan vergi daxilolmaları 508 mln. manat təşkil etməklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12% artıb. Tədiyə növləri üzrə aparılan təhlil göstərir ki, qeyri-neft sektorundan daxil olan bütün vergi növləri üzrə artım qeydə alınıb", - nazir qeyd edib. 

Son xəbərlər

Orphus sistemi