İsveçrə bankları Azərbaycandan olan əmanətçilərinə dair məlumatı açıqlayacaq

İsveçrə bankları Azərbaycandan olan əmanətçilərinə dair məlumatı açıqlayacaq İsveçrə bankları Azərbaycan da daxil olmaq şərtilə 19 ölkənin vətəndaşı olan müştəriləri haqqında məlumatları müvafiq ölkələrin hökumətlərinə təqdim edəcək.
Maliyyə
1 Oktyabr , 2019 12:47
İsveçrə bankları Azərbaycandan olan əmanətçilərinə dair məlumatı açıqlayacaq

İsveçrə bankları Azərbaycan da daxil olmaq şərtilə 19 ölkənin vətəndaşı olan müştəriləri haqqında məlumatları müvafiq ölkələrin hökumətlərinə təqdim edəcək.

“Report” “Swissinfo”a istinadən xəbər verir ki, bununla bağlı ölkənin maliyyə naziri Uli Maurer bildirib.

O deyib ki, İsveçrə korrupsiyaya, çirkli pulların yuyulmasına, vergilərdən yayınma hallarına qarşı mübarizəyə dair İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) yeni standartlarını tətbiq etməyə boyun olduğu üçün xarici vergi idarələrinə avtomatik rejimdə məlumat ötürmək məcburiyyətindədir: "Əks təqdirdə ölkə sanksiyalarla üzləşə bilər, bundan isə ilk növbədə iqtisadiyyata ziyan dəyəcək”.

Ümumiyyətlə, məlumatların 2020-ci ilin yanvar ayından toplanacağı, 2021-ci ilin əvvəlində aidiyyatı ölkələrin hökumətlərinə göndəriləcəyi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi