Dollar indeksi yenidən psixoloji həddi ötüb

Dollar indeksi yenidən psixoloji həddi ötüb Dollar indeksinın ən azı daha 12% artacağı gözlənilir
Maliyyə
10 Aprel , 2017 12:19

Bakı. 10 aprel. REPORT.AZ/ Dollar indeksi psixoloji hədd sayına 100 bəndin üzərində möhkəmlənib və hazırda 101,1 bənd təşkil edir. "Report" xəbər verir ki, dollar indeksi 2015-ci və 2016-cı illərdə bu səviyyəni ötsə də, bu, qısamüddətli olub. Qeyd edək ki, dollar indeksi - ABŞ dollarının dünyanın 6 əsas valyutasından ibarət valyuta səbətinə nisbətini göstərir. Bu valyutalar - avro (səbətdə payı 57,6%), yen (13,6%), funt sterlinq (11,9%), Kanada dolları (9,1%), İsveç kronu (4,2%) və İsveçrə frankı (3,6%) təşkil edir. İndeks 1973-cü ilin mart ayından hesablanır və baza dəyəri 100 qəbul olunub.

"Report"un analitik qrupu aşağıda göstərilən qrafik əsasında bildirir ki, dollar indeksinin ən azı 112 səviyyəsinə yüksəlməsi mümkündür ki, bu da cari səviyyələrdən dolların əsas valyutalarla müqayisədə orta hesabla daha 12% bahalaşacağını göstərir: "Yəni, əsas valyuta cütlüyü sayılan USD/EUR-da cari səviyyə 1,0580 kimi nəzərə alınarsa, ortamüddətli perspektivdə məzənnənin 0,93-ə geriləyəcəyi ehtimal edilə bilər. Təbii ki, səbətdəki bəzi valyutalarla müqayisədə dollar daha çox, bəzilərinə qarşı daha az möhkəmlənə bilər. Lakin, dollar indeksi 112 bənd səviyyəsini ötərsə, 120, bu səviyyəni də keçərsə, 130-a çata bilər".

Son xəbərlər

Orphus sistemi