Bu il martın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 33 195,9 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il martın 1-i ilə müqayisədə 10,8% çoxdur.
Bankların aktivlərinin 15 299,1 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 37,75% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 37,1%-dən 46,1%-ə yüksəlib.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 10,9% artaraq 28 504,9 milyon manata, o cümlədən depozit portfeli 14% artaraq 21 790,7 milyon manata çatıb. Bunun 8 572 milyon manatı fiziki, 13 218,7 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 5,6%, şirkətlərin banklardakı vəsaitləri isə 20,2% artıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 0,1% artaraq 348,1 milyon manat olub.
Sektorun balans kapitalı isə 10,6% artaraq 4 691 milyon manat təşkil edib.