Azərbaycana gətirilən 92 və 95-dən az oktanlı benzin idxal gömrük rüsumundan azad edilib
Maliyyə
- 27 avqust, 2019
- 21:34
Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” haqqında qərarında dəyişiklik edib.
“Report” xəbər verir ki, baş nazir Novruz Məmmədovun imzaladığı sənədə görə, Azərbaycana idxal edilən 92 və ya daha çox, həmçinin 95-dən az oktan ədədi ilə avtomobil benzini gömrük rüsumundan azad edilib.
Dəyişikliyə əsasən, qeyd olunan benzin növləri üçün gömrük rüsumu 15%-dən 0%-ə endirilib.
Nazirlər Kabinetinin digər qərarı ilə Aİ-92 markalı benzinin idxalı zamanı aksiz vergi dərəcəsi bir ton üçün 200 manatdan 1 manata endirilib.
Bu Qərar 2019-cu il 1 sentyabr tarixindən tətbiq olunacaq və 90 gün müddətində qüvvədə qalacaq.
Son xəbərlər
15:17
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsi barəsində cinayət işinin istintaqı tamamlanıb
Digər15:09
İsrail ərazisinə Qəzzadan raket atılıb
Digər ölkələr15:09
Azərbaycanda səhiyyə turizmi: potensial var, sistem yoxdur - ARAŞDIRMA
Turizm15:04
Foto
Bakıda "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılışı keçirilib - ƏLAVƏ OLUNUB
Daxili siyasət15:01
Rövşən Nəcəf: "Üç "yaşıl dəhliz" 10 QVt-a qədər elektrik enerjisinin ötürülməsini təmin edə bilər"
Energetika14:56
"Azərişıq"da kadr dəyişikliyi olub
Energetika14:54
Estoniya XİN: Trampın son addımları Putində narahatlıq yaratmalıdır
Digər ölkələr14:44
Danimarka millisinin Bakıya gələcək heyəti açıqlanıb
Futbol14:43