Yuxarı

​Azərbaycan sığorta şirkətləri sığortalanmış avtomobillərin təmir xərclərinin azaldılması yollarını araşdırır

Bunula bağlı Avtomobil Dilerləri Assosiasiyası və avtoservislərlə müzakirələr aparılacaq

Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycanda zəmanəti olan avtomobillərin təmirinin sığorta şirkətlərinə yaratdığı problemin həlli məqsədi ilə avtoservislər və Avtomobil Dilerləri Assosiasiyası ilə müzakirə aparılacaq. Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcbari sığorta növləri üzrə Komitəsinin növbəti iclasında bu qərara gəlinib.

"Report"un ASA-ya istinadən verdiyi xəbərə görə, toplantıda bildirilib ki, əsasən icbari sığorta sahəsində şirkətlərdən avtomobilə dəyən ziyanın rəsmi servis mərkəzlərində aradan qaldırılması tələb olunur. "Bu, sığortaçının xərcini artırır. Adi servislərlə müqayisədə rəsmi servislərdə təmir xərcləri yüksəkdir. Bu məsələnin avtoservislər və Avtomobil Dilerləri Assosiasiyası ilə müzakirə edilməsinə qərar verilib", - ASA-dan bildirilib.

Bundan başqa, iclasda Sığorta Təlimi Mərkəzinin (STM) birillik strateji planı müzakirə edilib, təklif və rəylər nəzərdən keçirilib, STM-nin əsas fəaliyyət istiqamətləri müəyyən edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi