Avtomobillərin icbari sığortası üzrə daxilolmalar 1% artıb

Avtomobillərin icbari sığortası üzrə daxilolmalar 1% artıb Bakı. 30 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqları 72 mln. 553,6 min manat təşkil edib.
Maliyyə
30 Oktyabr , 2018 10:54
Avtomobillərin icbari sığortası üzrə daxilolmalar 1% artıb

Bakı. 30 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqları 72 mln. 553,6 min manat təşkil edib.

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə bu sığorta növü üzrə daxilolmalarda 675,8 min manat və ya 0,94% artım müşahidə edilib.

Bu ilin yanvar-sentyabr aylarında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlər 38 mln. 302,6 min manat olub ki, bu da ötən ilin müvafiq dövründəki göstəricidən 6 mln. 357 min manat və ya 19,9% çoxdur.

Ümumiyyətlə bu ilin yanvar-sentyabr aylarında sığorta şirkətləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə daxilolmaların 52,79%-ni ödənişə yönəldib. Ötən ilin eyni dövründə isə bu göstərici 44,44% olub.

Bu ilin yanvar-sentyabr aylarında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqları 945,8 min manat təşkil edib ki, bu da ötən ildəkindən 124,9 min manat və ya 11,67% azdır.

Bu ilin yanvar-sentyabr aylarında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlər 49,2 min manat olub ki, bu da 1 il əvvəl ilə müqayisədə 40,7 min manat və ya 45,27% azdır.

Qeyd edək ki, 1 noyabr 2016-cı il tarixindən etibarən icbari avtoməsuliyyət sığortası müqavilələri elektron sənəd formasında bağlanılır.

Son xəbərlər

Orphus sistemi